Naxçıvan
Özəl Universitetinin baş müəllimi Sadıq Rəhimovun anadan
olmasının 70 illik yubileyi ilə əlaqədar ali məktəbin
akt zalında yığıncaq keçirilmişdir. Yığıncaqda rektor,
professor İsmayıl Əliyev çıxış edərək yubilyarın həyat
yolu, elmi-pedaqoji fəaliyyəti barədə danışmışdır.
Qeyd olunmuşdur ki, Sadıq Rəsul oğlu Rəhimov
1991-1995-ci illərdə Naxçıvan Dövlət Universitetində
iqtisadi fənlər üzrə pedaqoji fəaliyyətlə məşğul
olmuşdur.
S.Rəhimov əvvəlcə Naxçıvan Muxtar Respublikası Ticarət
Nazirliyində, sonradan isə Naxçıvan Muxtar Respublikası
İqtisadi İnkişaf Nazirliyində baş mütəxəssis, şöbə
müdiri, Elmi-Tədqiqat Tədris Mərkəzinin direktoru
vəzifələrində çalışmışdır.
2007-ci ildən bu günədək Naxçıvan Özəl Universitetində
fəaliyyət göstərir.
Yubiley tədbirində universitetin tədris və elmi işlər
üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent
İbrahim Kazımbəyli və başqaları yubilyarı təbrik
etmişdir.
Yubilyara hədiyyə təqdim edildikdən sonra S.Rəhimovun
həyatını əks etdirən slayd nümayiş etdirilmişdir.
Yubilyar çıxış edərək iştirakçılara və deyilən xoş
sözlərə görə təşəkkürünü bildirmişdir.
Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri |