Bu günlərdə Odlar Yurdu Universitetinin tələbəsi Ayxan
Xəlilov Qlobal Tələbə Mübadiləsi Proqramının (UGRAD)
qalibi seçilmişdir. Qeyd edək ki, ölkəmizin ali təhsil
müəssisələrinin tələbələri arasında keçirilən müsabiqədə
500 nəfərdən 5-i proqramda iştirak etmək hüququ
qazanmışdır ki, onlardan biri də Ayxan Xəlilov
olmuşdur. Proqramda qalib olmuş tələbələr avqust
ayından başlayaraq bir semestr ərzində ABŞ-ın müxtəlif
universitetlərində təhsil alacaqlar. Proqramın əsas
məqsədi tələbələrə Azərbaycanı ABŞ-da təmsil etmək
imkanı yaratmaq, habelə onları ölkəmizi gələcək faydalı
biliklə təmin etməkdir.
Niyazi RƏHİMOV |