Dövlət Proqramı çərçivəsində Yardımlı rayonunda
ümumtəhsil məktəblərinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər
həyata keçirilir.
Rayon təhsil şöbəsinin müdiri Manaf Alışovdan aldığımız
məlumatda bildirilir ki, rayonun Alçabulaq, Ostayır,
Avaş kəndlərində 220, Anzovda 180, Zevində 360,
Fındıqlı-Qışlaq, Zenqaran, Sovqat kəndlərində isə 80
şagird yerlik məktəb binaları tikilir.
Yeni məktəblərdə müasir standartlara cavab verən akt,
idman zalları, fənn kabinetləri, yeməkxana, kitabxana,
tibb kabineti, sanitar qovşaq və digər kabinetlər
nəzərdə tutulmuşdur. Tədrisin yüksək səviyyədə təşkilinə
imkan verəcək yeni binaların qarşıdakı dərs ilinədək
istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Rəşad ZİYADOV |