Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

Astarada "Narkotiklərə yox deyək!" devizi altında seminar-treninq keçirilmişdir

 

Bu günlərdə Astara Rayon Gənclər Evində "Narkotiklərə yox deyək!" devizi altında seminar-treninq keçirilmişdir. Astara Rayon İcra Hakimiyyətinin, gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Astara Pedaqoji Kollecinin tələbələri, rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, müəllimlər və başqaları iştirak etmişlər.

Seminar-treninqdə çıxış edənlər narkomaniyanın və digər zərərli vərdişlərin insanın fiziki, mənəvi, sosial vəziyyətinə təsirləri barədə danışmış, əsrin bəlasına qarşı mübarizədə bütün qüvvələrin səfərbər olmasının vacibliyini qeyd etmişlər.

Sonda treninq iştirakçılarına "Narkotiklərsiz XXI əsr" adlı bukletlər paylanılmış və astaralı gənclərin narkomaniya ilə mübarizəyə həsr etdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxış olmuşdur. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov