Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə "Bakı Gənclər Klubu" İctimai
Birliyinin Xaçmaz rayonunda həyata keçirdiyi "Region
gəncləri və yerli biznes sahələrinin tələbi" adlı layihə
uğurla davam edir.
Layihənin həyata keçirilməsində əsas məqsəd
respublikamızın regionlarında işsizliyin aradan
qaldırılmasına, bölgələrimizdə turizmin və xidmət
sektorunun inkişafına, gənclərin peşə təhsilinə marağını
artırmağa kömək etməkdir.
Qeyd edək ki, layihə çərçivəsində təşkil olunan
təlimlərdə 25 -dən artıq gənc peşəkar ekspert tərəfindən
xidmət mədəniyyəti, müştəri ilə davranış qaydaları,
barmen və ofisiant peşələri üzrə dərs alır. |