Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

12 İyul 2013 - №26

 

DİA-da  "Elektron hökumət" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu

 

 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Elektron hökumət" istiqaməti üzrə qısamüddətli ixtisasartırma kursu keçirilmişdir.

Kursa dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri cəlb olunmuşlar.

Kursun əsas məqsədi Azərbaycanda informasiya cəmiyyəti quruculuğu, elektron hökumət - dövlət orqanlarının fəaliyyətinin təşkilinin yeni forması kimi, elektron hökumətin normativ-hüquqi təminatı, dövlət informasiya sistemləri və ehtiyatları, reyestrlər, minilliyin yeni inkişaf məqsədləri və s. problemlərlə bağlı biliklərin dinləyicilərə çatdırılması və onlarla fikir mübadiləsinin aparılması idi.

Kurs ərzində DİA-nın rektoru, akademik Urxan Ələkbərov, akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Bəxtiyar Məmmədov, Məlumat Hesablama Mərkəzinin şöbə müdiri İlqar Abdullayev, DİA-nın inzibati idarəetmə fakültəsinin dekanı Eldar Azadov problemə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.

Sonda kurs üzrə dinləyicilərin buraxılış mərasimi keçirilmişdir. Akademiyanın rektoru, akademik Urxan Ələkbərov dinləyicilərə kursu müvəffəqiyyətlə bitirdiklərinə görə sertifikatlar təqdim etmiş, gələcək işlərində uğurlar arzulamışdır. 

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov