İyulun 9-da Bakı Dövlət Universiteti (BDU) Elmi
Şurasının iclası keçirilmişdir.
Bakı Dövlət Universitetinin mətbuat və informasiya
şöbəsindən AzərTAc-a bildirmişlər ki, iclasda BDU-nun
rektoru, Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov Azərbaycan Prezidenti İlham Əliyevin elmə,
təhsilə daim böyük önəm verdiyini vurğulamış və
dövlətimizin başçısının müvafiq sahənin inkişafı ilə
bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışmışdır.
BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə
prorektoru İradə Əliyeva 2012-2013-cü tədris ilinin yay
imtahan sessiyasının nəticələri və qeyd edilən tədris
ilində yay tədris və istehsalat təcrübələrinin
keçirilməsi, yay semestrinin təşkili haqqında məruzə
etmişdir.
Sonra BDU-nun hüquq fakültəsinin dekanı, professor Əmir
Əliyevin hesabatı dinlənilmişdir.
BDU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru
Nəbi Ramazanlı universitetin Quba Tədris-Təcrübə
Bazasında görülən işlərin vəziyyəti barədə məruzə
etmişdir.
Tədris ilinin yekunları üzrə "İlin dekanı", "İlin
kafedra müdiri" və "İlin müəllimi" müsabiqələrinin
qaliblərinə mükafatlar təqdim olunmuşdur. |