Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

ADU-nun tələbələri Yaponiyada təcrübə keçəcəklər

 

Azərbaycan Dillər Universitetinin (ADU) iki tələbəsi Yapon Fondunun 2 həftəlik, Yaponiya Təhsil Nazirliyinin 1 illik "Təcrübə proqramı" çərçivəsində Yaponiyada təcrübə keçəcəkdir. İki həftəlik "Təcrübə proqramı"na əsasən ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin yaponşünaslıq ixtisasının ikinci kursunda təhsil alan tələbələr - Aqşin Bədəlbəyli test imtahanlarında göstərdiyi yüksək nəticələrə görə I yeri, Zərifə Aydayeva isə II yeri tutaraq fondun Yaponiyada yerləşən Osaka Beynəlxalq Yapon dili Mərkəzində təcrübədə olacaqlar. Eyni zamanda 1 illik "Təcrübə proqramı" çərçivəsində Aqşin Bədəlbəyli test imtahanının nəticələrinə görə III yerə layiq görülüb və Yaponiyanın Saytama, Vaseda və Sooka universitetlərindən birində təcrübə keçmək imkanı əldə edib. A.Bədəlbəyli 1 illik proqram üzrə sentyabr, Z.Aydayeva isə 2 həftəlik proqram üzrə avqust ayında Yaponiyaya yola düşəcəklər.

Qeyd edək ki, bu məqsədlə martın 16-da Yaponiyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə yaponşünaslıq ixtisasında təhsil alan əlaçı tələbələr üçün test imtahanı keçirilmişdir. Test imtahanında yapon dilinin qrammatikası, heroqliflərin düzgün yazı qaydalarından ibarət suallar tələbələrə təqdim edilmişdir. Test imtahanında Azərbaycan Dillər Universiteti (ADU) və Bakı Dövlət Universitetinin (BDU) yaponşünaslıq ixtisasında təhsil alan tələbələri iştirak etmişlər.  

Şakir CƏFƏROV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov