Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Bir qrup məzuna fəxri fərman verilmişdir

 

İyunun 28-də AMİ-nin Şamaxı filialında məzun günü keçirilmişdir. Bu münasibətlə təşkil olunan tədbiri giriş sözü ilə açan filialın direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Tünzalə Yusifova qeyd etmişdir ki, müstəqil Azərbaycan dövlətinin uğurlu gələcəyi gənc nəslin bu gün aldığı bilik, təhsil və tərbiyədən asılıdır. Ümummilli lider Heydər Əliyev Azərbaycanda güclü iqtisadiyyatın yaradılması ilə bərabər, cəmiyyətin tərəqqisinin əsas hərəkətverici qüvvəsi hesab olunan təhsilin inkişafına da böyük diqqət və qayğı göstərmişdir. Ölkəmizdə təhsil islahatlarına başlanması, Dünya Bankının islahatlar prosesinə cəlb edilməsi, təhsil sahəsində öz həllini gözləyən problemlərin aradan qaldırılmasına yönəlmiş bir sıra dövlət proqramlarının qəbulu birmənalı şəkildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur. Ulu öndər Heydər Əliyevin öz həmvətənlərinə əmanət qoyduğu müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi ilə gələcəyə doğru inamla addımlayır.

T.Yusifova gənclərə müraciətlə demişdir: "Siz çox xoşbəxtsiniz ki, müstəqil Azərbaycan dövlətində ali təhsil alaraq gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olacaq, əsl vətənpərvərlər yetişdirəcəksiniz. Bu gün sizlər, bizim məzunlar ölkəmizi, müstəqil respublikamızı dövlət başçımızın rəhbərliyi ilə əldə olunmuş nailiyyətlərin üzərində gələcək uğurlara apara bilən ümidlərimizsiniz. Artıq siz ulu öndərimiz Heydər Əliyevin ondan yüksək ad tanımadığı şərəfli müəllimlik adını qazanmısınız. Bu münasibətlə sizləri və sizin simanızda bu il məzun olan bütün gəncləri təbrik edirəm".

Tədbirdə təhsildə və filialın ictimai işlərində fərqlənən bir qrup tələbə fəxri fərmanla təltif olunmuşdur.

Sonra Tünzalə Yusifova bu il magistraturaya qəbul olan filialın yeddi nəfər tələbəsi və üç gənc işçisini ayrıca təbrik edərək onlara gələcək elmi işlərində yeni-yeni nailiyyətlər arzulamışdır.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin məsul işçiləri Elmar Kərimov, Məleykə Kamilova, dosentlər Mayıl Alıcanov, Eyvaz Eminalıyev çıxış edərək məzunlara uğurlar diləmişlər. 

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov