Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq
olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə"
Dövlət Proqramının müvafiq bəndlərinin icrası və
gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların
ölkənin ictimai həyatında fəal iştirakının təmin
olunması, mədəniyyətimizin, ədəbiyyatımızın, ana
dilimizin, torpağımızın tarixinin daha da dərindən
öyrənilməsi məqsədilə keçirilən intellektual oyunların
böyük əhəmiyyəti vardır.
Azərbaycan Müəllimlər İnstitutu "İrəli" İctimai Birliyi
və "Xəzər" İntellektual Gənclər Klubunun təşkilatçılığı
və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun maliyyə dəstəyi ilə keçirilmiş ümummilli lider
Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Nə?
Harada? Nə zaman?" oyunu üzrə Tələbələrarası II
Azərbaycan Çempionatında uğurla iştirak etmişdir. Builki
ölkə çempionatının seçim turunda 270-dən çox komandada
1600-dən çox tələbə, o cümlədən AMİ və onun 11 filialı
üzrə ümumilikdə 112 komanda, yəni 650-dən çox tələbə
iştirak etmişdir.
İnstitutdaxili seçim turu "Xəzər" İntellektual Gənclər
Klubu, AMİ Tələbə Gənclər Təşkilatının (TGT) "İntellektual"
klubunun və institutun 11 filialının TGT-sinin
təşkilatçılığı ilə may ayında keçirilmişdir. AMİ və onun
filialları üzrə yüksək nəticə göstərmiş 18 komanda 26
mayda Bakıda keçirilmiş final mərhələsinə vəsiqə
qazanmışdır. Çempionatda AMİ - 3 komanda, filiallardan
Şəki, Mingəçevir, Quba, Cəlilabad - 2 komanda, Şamaxı,
Ağcabədi, Sumqayıt, Gəncə, Qazax, Zaqatala, Salyan - 1
komanda ilə iştirak etmişdir. Çempionatın finalında
ölkənin 17 şəhərindən 77 komanda mübarizə aparmışdır.
Çempionatın açılışında "Xəzər" İntellektual Gənclər
Klubunun sədri Seymur Teymurov, Azərbaycan Gənclər
Fondunun Aparat rəhbəri Faiq Qürbətov, Beynəlxalq
Klublar Assosiasiyasının İdarə heyətinin üzvü Anton
Qubanov, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev
və AMİ-nin tərbiyə işləri üzrə prorektoru Rəşad Sadıqov
çıxış edərək iştirakçılara uğurlar arzu etmişlər.
Prorektor R.Sadıqov intellektual oyun üzrə ölkə
çempionatının keçirilməsinin əhəmiyyətindən danışmış,
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor
Aqiyə Naxçıvanlının çempionatın keçirilməsinə böyük
dəstəyi nəticəsində bu oyunun institut və onun
filiallarında yüksək səviyyədə təşkil olunduğunu qeyd
etmişdir. Bildirilmişdir ki, AMİ TGT-nin və "Xəzər"
İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə hər
həftənin şənbə günü AMİ-də "Nə? Harada? Nə zaman?"
intellektual oyunu üzrə dövrə oyunları keçirilir. Ötən
ilin noyabr ayında keçirilmiş birinci çempionatın seçim
turunda AMİ və onun filiallarından ümumilikdə ali
məktəblər arasında ən çox, yəni 79 komanda iştirak
etmişdi.
Bildirək ki, çempionatın gedişində yaxından iştirakına
görə Təşkilat Komitəsinin qərarı ilə AMİ təşkilatçılar
sırasına daxil edilmiş və çempionatla bağlı nəşr olunmuş
bütün çap məhsullarında institutun rəsmi loqosu yer
almışdır. Azərbaycan Müəllimlər İnstitutu "Nə? Harada?
Nə zaman?" oyunu üzrə Tələbələrarası II Azərbaycan
Çempionatının təşkilində xüsusi xidmətlərinə görə fəxri
fərmanla təltif olunmuşdur.
Finalda iştirak edən bütün komandalara fəxri fərmanlar
təqdim edilmişdir. Gərgin mübarizə şəraitində keçən
çempionatın qalibləri kubok, diplom, medal və
hədiyyələrlə mükafatlandırılmışlar.
AMİ-nin Mətbuat xidməti |