Sumqayıt
Dövlət Universitetində 2012-2013-cü tədris ilinin məzun
günü keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər
Əliyevin universitetin foyesində yerləşən büstü önünə
gül dəstələri qoymuşlar. Tədbir Dövlət himninin
səslənməsi ilə başlanmışdır.
Universitetin rektoru, professor Nadir Qəhrəmanov
məzunları təbrik edərək onlara uğurlar arzulamışdır.
Rektor qeyd etmişdir ki, builki məzunlar universitetin
50 illik yubiley ilinin buraxılışlarıdır: "Bu il
universitetimiz üçün xüsusilə önəmli ildir. 50 illik
yubiley ilidir. Məhz bu il dövlətimizin başçısının
sərəncamı ilə universitetimizin 20 əməkdaşı fəxri
adlarla təltif olunmuşdur. Bu, Prezident İlham Əliyevin
ölkə təhsilinə və Sumqayıt Dövlət Universitetinə həssas
münasibətinin göstəricisidir".
N.Qəhrəmanov bildirmişdir ki, son illər ərzində
universitetin tələbələri müxtəlif müsabiqələr və
yarışlarda çoxsaylı uğurlar qazanmışlar.
Rektor qeyd etmişdir ki, bu il universiteti 25 bakalavr,
17 magistr fərqlənmə diplomu ilə bitirir. N.Qəhrəmanov
onlardan bir neçəsinin universitetdə işlə təmin
olunduğunu və olunacağını qeyd etmişdir.
Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatının
sədri Asif İmaməliyev və universitetin fəlsəfə
kafedrasının müdiri, professor Həsən Sadıqov da
məzunları təbrik edərək, xoş arzularını çatdırmışlar.
|