İyulun
3-də Azərbaycan Dillər Universitetində (ADU)
2012-20123-cü tədris ilində universiteti bitirən
bakalavr və magistr tələbələrin məzun günü münasibətilə
tədbir keçirilmişdir.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin
səslənməsi ilə başlamışdır.
ADU-nun rektoru, professor Səməd Seyidov məzunları
təbrik edərək onlara gələcək həyatlarında uğurlar
arzulamışdır. O, ADU-nun Azərbaycan üçün savadlı
mütəxəssislər yetişdirdiyini qeyd etmişdir. Rektor bu
gün universitetin bakalavr pilləsini bitirən tələbələrin
bir çoxunun yenidən ADU-da magistratura pilləsində
təhsil alacaqlarını bildirmişdir. Rektor Səməd Seyidov
məzunlara ADU-nun adını daim uca tutmalarını və
universitetlə əlaqələrini kəsməmələrini tövsiyə
etmişdir.
ADU-nun məzunu, pedaqoji fakültənin dekan müavini Fatimə
Qurbanzadə rektor Səməd Seyidova və professor-müəllim
heyətinə öz minnətdarlığını bildirmişdir. O, məhz
Azərbaycan Dillər Universitetinin məzunu olduğu üçün
fəxr etdiyini demişdir.
Valideynlər adından çıxış edən filologiya və
jurnalistika fakültəsinin magistratura pilləsinin məzunu
Nigar Rəsulovanın anası Gültəkin Rəsulova, öz
növbəsində, məzunları təbrik etmişdir. O, qızının həm
bakalavr, həm də magistratura pilləsini əla qiymətlərlə
başa vurduğunu və ADU-nun məzunu olması ilə fəxr
etdiyini demişdir.
Çıxışlardan sonra universiteti fərqlənmə ilə bitirən
tələbələrə diplomlar təqdim edilmişdir. Tədbir konsert
proqramı ilə davam etmişdir.
Qeyd edək ki, 2012-2013-cü tədris ilində ADU-nu
fakültələr üzrə əyani şöbəsini 916, axşam şöbəsini 50,
həmçinin magistratura pilləsini 126 tələbə bitirir.
ADU-nun Mətbuat xidməti |