İyunun
28-də Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasında məzun günü
keçirilmişdir. Bu münasibətlə təşkil olunan tədbiri
akademiyanın rektoru, akademik Urxan Ələkbərov giriş
sözü ilə açaraq məzun adını qazananları, onların
valideynlərini təbrik etmişdir.
Rektor müstəqil dövlətimizin qurucusu, ulu öndər Heydər
Əliyevin təhsilimizin inkişafındakı əvəzsiz
xidmətlərindən danışmışdır. Qeyd olunmuşdur ki,
ümummilli liderin siyasi kursunun layiqli davamçısı ölkə
başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan
təhsilinin inkişafına, gənclərə diqqət və qayğı
göstərilir. Rektor Urxan Ələkbərov dövlət başçısı cənab
İlham Əliyevin təhsillə bağlı imzaladığı sənədlərin
əhəmiyyətini diqqətə çatdırmışdır.
Müasir dövrdə dövlətin gücü və qüdrətinin təkcə onun
təbii sərvətləri ilə deyil, həm də elmi-intellektual,
insan potensialı ilə müəyyən edildiyini söyləyən natiq
məqsədimizin və gözləntimizin Dövlət İdarəçilik
Akademiyasının hazırladığı kadrların indiki dövrün
tələblərinə cavab verməyi bacarmaları, yeni kreativ
nəslin formalaşmasında iştirak etmələri olduğunu
bildirmişdir. Rəhbərlik etdiyi ali təhsil ocağının
qazandığı uğurlardan bəhs edən Urxan Ələkbərov DİA-nın
gənc nəslin təlim-tərbiyəsində, elm və təhsilində,
idarəçi kadrların hazırlanmasında öz nüfuzu və
istiqaməti olan müəssisələrdən biri olduğunu
vurğulamışdır.
Sonra Milli Məclisin deputatı Aydın Mirzəzadə, Dövlət
İdarəçilik Akademiyasını müxtəlif ixtisaslar, təhsil
pillələri üzrə bitirən məzunlardan Nərmin Miri, Pünhan
Hüseynov, Yenilə Abdullayeva, müdavimlərdən Amil Əlili,
valideynlər adından respublikanın əməkdar artisti Azad
Şükürov və digərləri çıxış edərək öz təbriklərini, xoş
arzularını çatdırmışlar.
Tədbir bədii hissə ilə davam etmişdir.
Samirə KƏRİMOVA |