İyulun 2-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov Koreya Respublikasının Beynəlxalq
Əməkdaşlıq Agentliyinin (KOICA) nümayəndələri, İran
İslam Respublikasının və İsrail Dövlətinin ölkəmizdəki
səfirləri ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüş zamanı Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin
Azərbaycan ofisinin rezident nümayəndəsi Kim Eun-Sukun
rəhbərlik etdiyi nümayəndə heyəti ilə "Müəllimlərin
potensialının artırılması və Azərbaycan Respublikası
Təhsil Nazirliyi üçün Təhsil İnformasiya Sisteminin
yaradılması" layihəsi müzakirə edilmişdir.
İran İslam Respublikasının səfiri Möhsün Pakayin və
İsrail Dövlətinin səfiri Rafael Harpaz ilə keçirilmiş
ikitərəfli görüşlər zamanı ölkələrimiz arasında təhsil
sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri
barədə fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrin
genişləndirilməsi məsələləri müzakirə edilmişdir. |