Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 İyul 2013 - №25

 

Müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılmışdır

 

İyulun 1-dən 2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbuluna başlanılmışdır.

Müsabiqədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin rəsmi internet saytının "Müəllimlərin işə qəbulu" səhifəsinə (http://www.edu.gov.az/view.php?lang=az&menu=391&id=4084) daxil olaraq elektron ərizələrini verə bilərlər.

2013-2014-cü tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilmişdir. Onlardan 2999-u Azərbaycan bölməsi, 187-si isə rus bölməsi üzrədir. Azərbaycan bölməsi üzrə ən çox vakant yer biologiya, kimya, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, fizika, tarix, ingilis dili və informatika fənləri üzrədir. Rus bölməsi üzrə isə ən çox vakant yer ibtidai sinif müəllimi ixtisası üzrədir.

Elektron ərizələrin qəbulu 15 iyul 2013-cü il tarixində saat 18:00-da başa çatacaq. Hər bir namizəd test imtahanlarının keçirilmə tarixi barədə məlumatı 21-23 iyul tarixlərində Təhsil Nazirliyinin rəsmi internet saytının "Şəxsi səhifə" bölməsindən ala biləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov