| 
						
						Azərbaycan Respublikası  Konstitusiyasının  109-cu 
						maddəsinin 32-ci bəndini rəhbər tutaraq Azərbaycan 
						Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli 
						1621 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 
						gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı"nın 
						həyata keçirilməsi, Azərbaycan gənclərinin elm, 
						mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil və 
						ictimai fəaliyyət sahələrində nailiyyətlərini təşviq 
						etmək məqsədi ilə   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, 
						təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 
						gənclər üçün, ildə bir dəfə verilməklə, altı ədəd 10000 
						(on min) manat məbləğində Prezident Mükafatı təsis 
						edilsin. 
						
						2. "Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi" 
						təsdiq edilsin.  
						
						3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						3.1. "Gənclər üçün Prezident Mükafatının diplomunun, 
						nişanının və həmin nişanın vəsiqəsinin təsviri"ni 3 ay 
						müddətində təsdiq etsin və bu barədə Azərbaycan 
						Respublikasının Prezidentinə məlumat versin; 
						
						3.2. bu fərmandan irəli gələn digər məsələləri həll 
						etsin. 
						
						4. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 
						bu fərmandan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 2 iyul 2013-cü il
 |