Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Veteran cüdoçumuz Avropa çempionatında gümüş medal qazanmışdır

 

İyunun 13-17-də Fransanın paytaxtı Paris şəhərində veteran cüdoçular arasında  Avropa çempionatı keçirilmişdir. 34 ölkədən 940 kişi, 125 qadın olmaqla 1065 cüdoçunun iştirak etdiyi yarışlarda ölkəmizi 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Vüqar Hüseynov  təmsil etmişdir. O, yarışların ikinci günü 60 kq çəki dərəcəsində   tatami üzərinə çıxaraq güclü fransız rəqiblərinə qalib gələrək  finala yüksəlmişdir. 31 il cüdo müəllimi kimi fəaliyyət göstərən, 45-ə yaxın yetirməsi olan təcrübəli cüdoçu  V. Hüseynov final oyununda  ingilis idmançısı  ilə qarşılaşmış, hakimlərin qeyri-obyektivliyi üzündən gümüş mükafatla kifayətlənmişdir.

Xatırladaq ki, 2010-cu ilin 27-30 may  tarixlərində veteran cüdoçular arasında Macarıstanda keçirilmiş Dünya çempionatında da ölkəmizi təmsil edən V. Hüseynov III yeri tutmuşdur. 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov