Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Avropaya
İnteqrasiyası Təşkilatı (AGAT) 3-8 iyul 2013-cü il
tarixlərində Bakıda Beynəlxalq gənc siyasətçilər məktəbi
təşkil edəcəkdir. Məktəbin təşkilində əsas məqsəd Avropa
və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq
əlaqələrinin, qarşılıqlı əməkdaşlığın yaradılması,
ölkəmizin uğurlu dövlət siyasəti barədə geniş məlumatın
verilməsi, məktəbin iştirakçılarına Azərbaycan
həqiqətlərinin düzgün çatdırılmasıdır.
Tədbir zamanı müzakirə mövzusu əsasən ölkəmizin Avropaya
inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsi,
siyasi elmin əsasları və s. məsələlər olacaqdır. Bütün
mövzular çərçivəsində panellərin təşkil edilməsi, eyni
zamanda bir çox dövlət qurumlarında görüşlərin
keçirilməsi nəzərdə tutulmuşdur.
Məktəb iştirakçıları həmçinin siyasi bilik təcrübəsindən
əlavə, Azərbaycanın reallıqları və dövlətimizin
demokratik quruculuq sahəsində əldə etdiyi nailiyyətləri
barədə də hərtərəfli məlumat alacaqlar.
Sonda isə gənc siyasətçilər şəbəkəsinin yaradılması
planlaşdırılmışdır.
S.KƏRİMOVA |