14-23
iyun tarixlərində Astara rayonunda Milli Qurtuluş Gününə
həsr edilmiş məktəblilərin Respublika şahmat turniri
keçirilmişdir. Turnirdə respublikanın şəhər və
rayonlarından 110 məktəbli iştirak etmişdir.
Əsasnaməyə uyğun olaraq şagirdlər 8, 10, 12, 14, 16 yaş
qruplarında mübarizəyə qoşulmuşlar.
Bu yarışda Lənkəran şəhər şahmat məktəbinin 14
şahmatçısı öz qüvvəsini sınamışdır.
Gərgin keçən mübarizədə Lənkəran şahmatçılarından Şərif
Məcidzadə 10 yaşadək şahmatçılar arasında I yeri, 12
yaşadək oğlanlar arasında Səyyad Əhədli III yeri, 14
yaşadək oğlanlar arasında Vüsal Həsənzadə I yeri, Orxan
Kərimov II yeri, qızlar arasında Nuranə Abbasova I yeri,
Nəzrin Mirzəzadə II yeri və 16 yaşadək oğlanlar arasında
Abdulla Qənbərov II yeri tutaraq Azərbaycan Respublikası
Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin
diplom və qiymətli hədiyyələrini qazanmışlar.
Qeyd edək ki, Lənkəran şahmatçıları Vüsal Həsənzadə və
Nəzrin Mirzəzadə 2-11 iyun tarixlərdə Rusiya
Federasiyasının Krasnodar vilayətinin Anapa şəhərində
keçirilən şahmat festivalında da II yeri tutaraq kubok,
medal və diplomlara layiq görülmüşdür.
Şəmsəddin NOVRUZOV,
Lənkəran Şəhər Şahmat Məktəbinin dərs hissə müdiri |