Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Sumqayıt Dövlət Universitetində beynəlxalq konfrans

 

Sumqayıt Dövlət Universitetində AMEA-nın Mikrobiologiya İnstitutu, Gürcüstan Mikrobiologiya Cəmiyyəti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Mikrobiologiya Cəmiyyətinin birgə keçirdiyi "Mikrobiologiya və ekologiya: inteqrasiya yolları, problem və perspektivlər" mövzusunda II Beynəlxalq konfransın yekun tədbiri keçirilmişdir.

Tədbirdə çıxış edən Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nadir Qəhrəmanov  bildirmişdir ki, konfransın işində Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Ukraynadan olan qonaqlar iştirak edirlər. Rektor qeyd etmişdir ki, SDU-da beynəlxalq konfransların keçirilməsi artıq bir ənənəyə çevrilmişdir. Bu cür konfransların yeni elmi axtarış və tapıntılara, təcrübə mübadiləsinə yol açdığını vurğulayan N.Qəhrəmanov bu konfransın da əhəmiyyətini diqqətə çatdırmışdır.

Daha sonra Gürcüstan Mikrobiologiya Cəmiyyətinin sədri Zurab Lomtadidze mövzu ilə bağlı məruzə etmişdir.

Qeyd edək ki, konfrans iki gün ərzində davam etmişdir. Konfransın ilk günündə SDU-nun prorektoru, professor Yadigar Hüseynovun, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru Məmməd Salmanovun, Gürcüstan Mikrobiologiya Cəmiyyətinin sədri Zurab Lomtadidzenin çıxışları və plenar iclaslarda məruzələr dinlənilmişdir.  

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov