Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Bakı Musiqi Akademiyasında məzun günü

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında məzun günü keçirilmişdir. Bu münasibətlə təşkil olunan tədbirdə  Bakı Musiqi Akademiyasının rektoru, professor, xalq artisti Fərhad Bədəlbəyli, akademiyanın prorektoru Yeganə Axundova çıxış edərək akademiyanın uzunillik tarixi-mədəni ənənələrindən danışmışlar.

Qeyd olunmuşdur ki, Şərqdə ilk konservatoriyalardan biri olan Bakı Musiqi Akademiyası bir əsrə yaxın şanlı tarixə malikdir. 1921-ci ildə dahi Azərbaycan  bəstəkarı, Şərqdə ilk operanın müəllifi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılmış Dövlət Konservatoriyası hazırda Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən birinə çevrilmişdir. Akademiyada beynəlxalq müsabiqələr laureatları, tanınmış bəstəkarlar, alim və tədqiqatçılardan ibarət professor-müəllim heyəti çalışır. Çıxışlarda vurğulanmışdır ki, Bakı Musiqi Akademiyasının məzunları müxtəlif xarici ölkələrdə keçirilmiş beynəlxalq müsabiqələrdə uğurla çıxış etmişlər. Milli və dünya musiqi ənənələrinin layiqli təmsilçisi kimi akademiya öz fəaliyyətini bu gün yüksək səviyyədə davam etdirir.

Çıxış edənlər daha sonra bu il Bakı Musiqi Akademiyasını bitirən 100- dən artıq gəncə nailiyyətlər diləmiş, onların hər zaman xoş soraqlarının gəlməsini arzulamışlar.

Tədbir "Məzun gunü" adlı maraqlı konsert proqramı ilə davam etmişdir.       

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov