Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 İyun 2013 - №24

 

Bir qrup məzuna fəxri fərmanlar təqdim olunmuşdur

 

İyunun 27-də Azərbaycan Dövlət Pedaqoji Kollecində məzun günü qeyd edilmişdir. AzərTAc xəbər verir ki, mərasimdə kollecin direktoru, filologiya elmləri doktoru, professor Nurlana Əliyeva cari ildə bu təhsil ocağını əyani və qiyabi şöbələr üzrə müxtəlif ixtisaslara yiyələnmiş 750 nəfərə yaxın gəncin bitirdiyini bildirmişdir.

Məzun günü zəngin tarixi ənənələri olan təhsil ocağının kollektivi və məzunları üçün hesabat günüdür. Hazırda pedaqoji kollektiv savadlı müəllim kadrları və xalqın milli mənəvi dəyərlərinin daşıyıcısı olan vətəndaş yetişdirməyi əsas vəzifəsi sayır.

Məzunları təbrik edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev ölkəmizdə mövcud uğurlu təhsil islahatlarından, gənclərin elm və təhsillə məşğul olmaları üçün dövlətin hərtərəfli qayğısından danışmış, müəllim diplomu alan gənclərə uğurlar arzulamışdır.

Məzunlar dörd il oxuduqları bu qocaman təhsil ocağının tarixindən və bu gün Azərbaycan təhsil sistemindəki rolundan bəhs etmişlər. Onlar məhz bu kollecdə təhsil almaları ilə fəxr etdiklərini söyləmiş, müəllimlərinə minnətdarlıqlarını ifadə etmişlər.

Müəllim və valideynlər çıxış edərək məzunlara xoş arzularını diləmişlər.

Tədbirdə, həmçinin təhsildə əldə etdikləri müvəffəqiyyətlərə və kollecin ictimai həyatında fərqləndiklərinə görə bir qrup məzuna fəxri fərmanlar təqdim olunmuşdur.

Məzun günü tələbələrin hazırladıqları rəngarəng konsert proqramı və bayram şənliyi ilə davam etmişdir. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov