Bu günlərdə Xəzər Universitetində Azərbaycan İngilis
dili Müəllimləri Assosiasiyasının (AzETA)-nın X
konfransı keçirilmişdir. Konfransa Azərbaycanın bütün
bölgələrindən, Xəzər Universiteti və "Dünya
məktəbi"ndən 200 nəfərə yaxın ingilis və Azərbaycan
dili müəllimləri, eyni zamanda Türkiyə, Böyük
Britaniya, Qətər və digər ölkələrdən təlimçilər
qatılmışdılar. Konfransı AzETA-nın prezidenti Rəqsanə
Məmmədova açmış və 10 ildə təşkilatın gördüyü işlərdən
bəhs etmişdir.
Sonda konfransın əhəmiyyətindən, təhsilin qloballaşması
problemlərindən söz açan çıxışçılar AzETA tərəfindən
görülən işləri yüksək dəyərləndirmişlər.
S.SƏFƏROVA |