Şirvan şəhərində fəaliyyət göstərən məktəb, idarə,
müəssisə və təşkilatlarda çalışan gənclər arasında "Breyn-Rinq"
intellektual oyunu keçirilmişdir.
İntellektual bilik yarışında şəhərimizin 24 idarə,
məktəb və müəssisəsinin komandası iştirak etmişdir.
Yarış 10 nömrəli tam orta məktəbin akt zalında təşkil
olunmuşdur. Açılış mərasimində çıxış edən Şirvan Rayon
Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev
iştirakçıları salamlayaraq bu tədbirin məqsədindən
danışmış və onlara uğurlar arzulamışdır. Bu kimi
yarışların keçirilməsini yüksək qiymətləndirmişdir.
Yarışda Yeni Azərbaycan Partiyası Şirvan şəhər
təşkilatının sədri Əbülhəsən İbrahimov, şəhər icra
hakimiyyətinin ictimai-siyasi humanitar şöbəsinin baş
məsləhətçiləri Emin Məmmədov, Rövşən Yolçuyev iştirak
etmişlər.
Yarışda iştirak edən 24 komandadan 1 nömrəli tam orta
məktəbin komandasının üzvləri Eldar Gözəlov, Aynurə
Rzayeva, Aqil Xangəldiyev, Bahar Rüstəmova, Nərmin
Məmmədli I yerə çıxaraq çempion olmuşdur. 21 nömrəli tam
orta məktəbin komandası II yerə, 18 nömrəli tam orta
məktəbin komandası isə III yerə layiq görülmüşdür.
Sonra qaliblər Şirvan Şəhər Gənclər və İdman İdarəsi
tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif
olunmuşlar.
Vaqif GÖZƏLOV,
əməkdar bədən tərbiyəsi və idman xadimi, Şirvan şəhər 14
nömrəli beynəlmiləl tam orta məktəbin müəllimi |