İyunun
15-16-da Rusiya Federasiyasının paytaxtı Moskva
şəhərində Dünya Karate Yolu Federasiyası tərəfindən
təlim-məşq toplantısı keçirilmişdir. 20-yə yaxın ölkənin
nümayəndələrinin iştirakı ilə keçirilən beynəlxalq
seminarda ölkəmizi Azərbaycan Şoto-Kan Karate
Federasiyasının prezidenti, əməkdar bədən tərbiyəsi və
idman xadimi,12 nömrəli İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru
Elçin Mehdizadə təmsil etmişdir.
Həmyerlimiz ustalıq səviyyəsini yüksəldərək VI dan qara
kəmərə sahib çıxmışdır. E.Mehdizadə ilk azərbaycanlı
olaraq Dünya Karate Yolu Federasiyasının ölkəmizdə rəsmi
nümayəndəsi seçilmişdir.
Rəşad ZİYADOV |