Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Şahmat Federasiyasının kuboku uğrunda turnir başa çatmışdır

 

Azərbaycan Şahmat Federasiyasının kuboku uğrunda şahmat turniri keçirilmişdir. 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin direktoru Natiq Ələkbərovdan aldığımız məlumatda qeyd olunmuşdur ki, yarışda  dörd şahmat məktəbinin komandaları qüvvələrini sınamışlar. Turnirdə 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama Məktəbinin şahmatçılarından Qulam Məmmədov, Niyazi Nağdıyev, Səid Rəfili, Nail Bəşirli, Abdulla Qədimbəyli, Günay Məmmədzadə və qrossmeyster Qədir Hüseynov iştirak etmişdir.

N.Ələkbərov onu da əlavə etmişdir ki, bu günlərdə 8, 10, 12 yaşlı şahmatçılar arasında Azərbaycan çempionatı keçirilmişdir. Rəhbərlik etdiyi şahmat məktəbinin yetirmələri də həmin çempionatda iştirak etmişlər. 8 yaşlılar arasında Ayan Allahverdiyeva I, 10 yaşlılarda Məhəmməd Muradlı I, 12 yaşlı şahmatçılar arasında isə Abdulla Qədimbəyli III yerləri  tutmuşlar.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov