Respublika Şahmat Mərkəzində 8, 10, 12 yaşadək qızlar və
oğlanlar arasında şahmat üzrə Azərbaycan birinciliyi
keçirilmişdir. Dairəvi sistem üzrə keçirilən yarışlarda
72 nəfər idmançı (onlardan 36 nəfəri qızlardır) mübarizə
aparmışdır ki, onlardan da 38 nəfər (19 nəfəri qızlar)
Bakını təmsil etmişdir. Yarışların yekun nəticələrinə
əsasən 8 yaşadək qızlar arasında I yeri Ayan
Allahverdiyeva (Bakı - 1 nömrəli İOEUGŞDİM), II yeri
Bikəxanım Behbudova (Quba), III yeri Nəzrin Həsənova (Bakı
- "Neftçi" İSM), 8 yaşadək oğlanlar arasında I yeri
Aydın Süleymanlı (Bakı - RİOEUGŞM), II yeri Sənan Əliyev
(Bakı - RİOEUGŞM), III yeri Xəzər Babazadə (Biləsuvar),
10 yaşadək qızlar arasında I yeri Gövhər Beydullayeva (Bakı
- HRŞDK), II yeri Mələk İsmayıl (Sumqayıt), III yeri
Zeynəb İsmayılzadə (Mingəçevir), 10 yaşadək oğlanlar
arasında I yeri Məhəmməd Muradlı (Bakı - 1 nömrəli
İOEUGŞDİM), II yeri Əhməd Əhmədzadə (Bakı - 2 nömrəli
UGŞİM), III yeri Fərid Mustafayev (Bakı - 1 nömrəli
İOEUGŞDİM), 12 yaşadək qızlar arasında I yeri Xanım
Balacayeva (Bakı - RİOEUGŞM), II yeri Nigar Mustafazadə
(Bakı - RİOEUGŞM), III yeri Aytac Heydərova (Bakı - 2
nömrəli UGŞİM), 12 yaşadək oğlanlar arasında I yeri
Vüqar Əsədli (Bakı - RİOEUGŞM), II yeri Andrey Mustafin
(Bakı - 2 nömrəli UGŞİM), III yeri Abdulla Qədimbəyli (Bakı
- 1 nömrəli İOEUGŞDİM) tutmuşlar.
Təntənəli bağlanış mərasimində Azərbaycan Şahmat
Federasiyasının baş məşqçisi Fikrət Sideifzadə,
yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Nurəli
Məmmədzadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
baş məsləhətçisi, paytaxtın şahmat koordinatoru Salman
Əbdülov və digər rəsmi şəxslər iştirak etmiş, qalibləri
müvafiq dərəcəli diplomlar və medallarla təltif etmişlər.
Yaş qrupları üzrə II yeri tutmuş idmançılar 28 sentyabr
- 9 oktyabr tarixində Çernoqoriyada keçiriləcək Avropa
birinciliyinə, I yeri tutmuş idmançılar isə dekabr
ayında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya
birinciliyinə vəsiqə qazanmışlar.
Sifai SƏFƏROVA |