9-14
iyun tarixlərində Şamaxıda məktəbli şahmatçılar
arasında rayon birinciliyi keçirilmişdir. Şamaxı şahmat
məktəbində təşkil olunmuş turnir Milli Qurtuluş Gününə
həsr edilmişdir. Turnir başlamazdan öncə iştirakçılar
Heydər Əliyev parkında ümummilli liderin abidəsini
ziyarət etmişlər.
Turnirdə 72 şahmatçı İsveçrə sistemi üzrə mübarizə
aparmışdır. 9 tur oynanılmış yarışda 5 yaş qrupu üzrə
oğlanlar və qızlar arasında qaliblər müəyyən edilmişdir.
Qızlar arasında müvafiq yaş qruplarında Xədicə Əhmədova
(8 yaş), şəhər 2 nömrəli tam orta məktəbin IV sinif
şagirdi Nəzrin Əhmədova (10 yaş), Mədrəsə qəsəbə tam
orta məktəbinin VI sinif şagirdi Səfiyyə Əlləzova (12
yaş), Şamaxı Avropa liseyinin VII sinif şagirdi İzzət
Ağayeva (14 yaş), şəhər 1 nömrəli tam orta məktəbin IX
sinif şagirdi İlahə Xudiyeva (16 yaş) qalib gələrək
çempionluq sevinci yaşamışlar.
Oğlanlar arasında isə 2 nömrəli tam orta məktəbin II
sinif şagirdi Mirəziz Babayev (8 yaş), 9 nömrəli tam
orta məktəbin IV sinif şagirdi Mənsur Sərxanov (10 yaş),
1 nömrəli tam orta məktəbin VI sinif şagirdı Cavanşir
Məmmədov (12 yaş), şəhər 2 nömrəli tam orta məktəbin
VIII sinif şagirdi Saleh Abdulrəhmanov (14 yaş) və
Mədrəsə qəsəbə tam orta məktəbinin X sinif şagirdi
Eldəniz Xəlilli 16 yaşlılar arasında qalib olmuşlar.
Qaliblərə və digər mükafatçılara diplomlar və mükafatlar
verilmişdir.
Qeyd edək ki, bundan başqa Mənsur Sərxanov bu günlərdə
Balakən şəhərində Respublika Gününə həsr olunmuş
respublika şahmat turnirində də mükafatçılar sırasında
olmuşdur. Mənsur Sərxanov və daha 4 şahmatçı 14-23 iyun
tarixlərində Astara şəhərində Milli Qurtuluş Gününə həsr
olunmuş respublika şahmat turnirində rayonumuzu təmsil
edəcəklər.
Şahmatçılarımıza uğurlar arzulayırıq.
Asif AĞAYEV,
respublikanın əməkdar müəllimi, fəxri bədən tərbiyəsi və
idman işçisi |