Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Rusiyalı tələbələr yay tətilində işləməyə üstünlük verirlər

 

Rusiya ali məktəblərinin tələbələri yay tətili  dövründə işləməyə üstünlük verirlər. Ali məktəblərin tələbələri arasında aparılmış sorğuya əsasən,  tələbələrin 82 faizi yay tətilində işləməyə hazırlaşır. Respondentlərin 36 faizi təcrübə keçməyə, 29 faizi özünü idmana həsr etməyə, digərləri istirahətə  və ya ev təmiri ilə məşğul olmağa meyl edir.  Tələbələrin əksəriyyəti (32 faiz) öz ixtisasları üzrə işləmək arzusundadır. Hər yeddi tələbədən biri satıcı və satış meneceri işləmək istəyir. Onlardan  27 faizi yaxın 2 ay ərzində harada işləyəcəklərini təsəvvür edə bilmir. Rəyi soruşulanların 95 faizi ölkəni tərk etməyəcəyini, yalnız 5 faizi yay tətili dövründə xaricdə işləməyi planlaşdırdığını demişdir.  Sorğuda Rusiya ali məktəblərinin 1298 tələbəsi iştirak etmişdir. 

"Uçitelskaya qazeta"dan
Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov