Ukrayna
məktəbliləri ikinci xarici dil kimi rus dilini
seçirlər. Yeni tədris ilindən ölkənin bütün
məktəblərində icbari qaydada ikinci xarici dilin
tədrisinə dair Ukrayna Təhsil və Elm Nazirliyinin
sərəncamı qüvvəyə minir. Bir sıra məktəblərdə, xüsusən
kənd yerlərində Avropa dillərini bilən mütəxəssis
çatışmazlığı səbəbindən bu tədbirin alternativinin
olmadığı bildirilmişdir. Yeni qaydalara müvafiq olaraq,
5-ci sinifdən etibarən xarici dillərin icbari
öyrənilməsinə başlanılacaq. Xarici dil dedikdə rus dili
də daxil olmaqla istənilən Avropa dili seçilə bilər.
Təhsil və Elm Nazirliyinin məlumatına görə, məktəblərin
52 faizi ikinci xarici dil kimi alman dilini, 23 faizi
rus dilini, 14 faizi fransız dilini, 2 faizi polyak, 1
faizi ispan dilini seçmişlər.
"Uçitelskaya qazeta"dan |