Böyük Britaniyada təhsil alan xarici tələbələrin sayında
azalma müşahidə olunmaqdadır. The Guardian qəzeti Böyük
Britaniya Universitetləri Assosiasiyasının növbəti
illik hesabatını açıqlamışdır. Məlumat verilmişdir ki,
ölkənin ali məktəblərində yaxın vaxtlarda xarici
tələbələrin sayı kəskin surətdə aşağı düşə bilər. Bunun
səbəbi kimi tələbə vizalarının alınması prosedurunun
çətinləşdirilməsinə dair hökumətin bir qədər əvvəl
qəbul etdiyi qərar göstərilir.
Assosiasiyanın hesablamalarına əsasən, tələbə
vizalarının alınması çətinlikləri nəticəsində Böyük
Britaniya büdcəsi növbəti semestr ərzində 2,4 milyard
funt-sterlinq itirəcək. Potensial abituriyentlər daha
çox Amerika və Kanada ali məktəblərinə üstünlük
verəcəklər. Assosiasiya narahatlıqla bildirmişdir ki, bu
cür tədbirlər bütün dünyada Britaniya təhsilinin
nüfuzunu azalda bilər. Qurum təkid edir ki, ölkənin
təhsil sistemi bütün arzuedənlər üçün açıq olmalıdır.
"Uçitelskaya qazeta"dan |