"Nur" Uşaq və Gənclərin İçtimai Birliyi "Pozitiv"
yeniyetmələrə psixoloji dəstək layihəsi çərçivəsində
uşaqlar üçün yay düşərgəsi təşkil etmişdir. Şüvəlan
qəsəbəsindəki "Cırtdan" Uşaq Sağlamlıq və İstirahət
Mərkəzində təşkil edilən düşərgə müddətində psixoloq və
fasilitatorlar tərəfindən uşaqların pozitiv düşünməsinə
yardım edən mövzular ətrafında interaktiv təlimlər,
müxtəlif qrup oyunları, idman yarışları keçirilmişdir.
Yay düşərgəsində YUNİSEF-in Azərbaycandakı nümayəndəsi
Mark Herevard uşaqlarla görüş keçirmiş, yeniyetmələri
maraqlandıran mövzular ətrafında müzakirələr aparmış və
onların suallarını cavablandırmışdır.
Düşərgədə Mərdəkan Qalası, Mərdəkan Dendrarisi və Qala
Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ekskursiyası
təşkil olunmuşdur. Sonda isə iştirakçılara diplomlar
verilmişdir. |