Sumqayıt Dövlət Universitetində yaz semestrinin imtahan
sessiyası davam edir. Hazırda əyani şöbə IV kurs
tələbələrinin yekun attestasiyası aparılır, I, II və III
kurslarda isə semestr imtahanları gedir.
İmtahan sessiyasının təşkili və aparılması Azərbaycan
Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun
olaraq şəffaflıq şəraitində həyata keçirilir.
Universitetdə imtahan qərargahı yaradılmış, onun
tərkibinə təcrübəli və nüfuzlu müəllimlərlə yanaşı,
ictimai təşkilatların, Həmkarlar İttifaqı Komitəsi,
Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Gənclər
Təşkilatı, YAP gənclər birliyinin rəhbərləri daxil
edilmişdir. İmtahan qərargahına əlaqə telefonları
verilmiş, təklif və şikayətlər üçün xüsusi qutu
qoyulmuşdur. İmtahan sessiyası dövründə rektor hər gün
tələbə, valideyn və ictimaiyyətin nümayəndələrini qəbul
edir. Təklif, problemlər və digər məsələlər obyektiv və
operativ şəkildə öz həllini tapır.
İmtahanlar həm yazılı, həm də kompüterlə elektron test
tapşırıqları şəklində aparılır. Şəffaflığı təmin etmək
üçün imtahanlarda və xüsusən də Münaqişə Komissiyasının
iclaslarında valideyn və ictimaiyyət nümayəndələrinin
iştirakına da şərait yaradılmışdır.
Gündəlik nəticələr təhlil olunur və daim diqqət
mərkəzində saxlanılır. İmtahan sessiyasının nəticələrinə
görə kredit borcu olan tələbələr üçün mövcud əsasnaməyə
uyğun olaraq yay semestri təşkil olunacaqdır.
Niyazi RƏHİMOV |