Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

21 İyun 2013 - №23

 

Təhsil naziri ABŞ təhsilli məzunların 2-ci Təhsil Forumunda iştirak etmişdir

 

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov iyunun 20-də ABŞ təhsilli məzunların 2-ci Təhsil Forumunda iştirak etmişdir.

ABŞ təhsilli Azərbaycan Məzunları İctimai Birliyi, Təhsildə İnnovasiyalar Mərkəzi və Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzi tərəfindən təşkil edilmiş və "Azərbaycan təhsil sistemində islahatlar: problemlər və siyasət həlləri" mövzusunda keçirilən tədbirdə Mikayıl Cabbarov çıxış etmişdir. Nazir hazırda ölkədə təhsil sahəsində həyata keçirilən islahatların dövlət orqanlarının, pedaqoji və elmi ictimaiyyətin və ümumiyyətlə cəmiyyətin birgə çalışmasını tələb etdiyini vurğulayaraq, bu baxımdan xaricdə, dünyanın ən yaxşı ali təhsil müəssisələrində təhsil alaraq, Vətənə qayıtmış məzunların bilik və bacarığından istifadənin əhəmiyyətini qeyd etmişdir.

Təhsilin inkişafına ayrılan vəsaitləri ölkə və cəmiyyətin xoşbəxt gələcəyinə qoyulmuş ən yaxşı sərmayə kimi dəyərləndirən nazir, Azərbaycanın hazırda böyük sürətlə inkişaf etdiyini və bu inkişafın dəstəklənməsində, onun dönməzliyinin təmin edilməsində təhsilin rolunun əvəzedilməz olduğunu bildirmişdir. Mikayıl Cabbarov, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulmuş "Qara qızılın insan kapitalına çevrilməsi" strategiyasının həyata keçirilməsi üçün təhsil sisteminin yeni səviyyəyə qaldırılması, onun keyfiyyət və effektivliyinin artırılmasında inkişaf etmiş ölkələrin bu sahədə olan ən yaxşı təcrübələrindən istifadənin zəruriliyi barədə danışmışdır.

Sonda Mikayıl Cabbarov forum iştirakçılarına işlərində uğurlar arzulamış və bu tədbirin ölkəmiz üçün həyati əhəmiyyət daşıyan təhsil sahəsinin inkişafına dəyərli töhfə verəcəyinə inamını ifadə etmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov