Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər
Fondunun dəstəyi ilə "Demokratik Gənclər" İctimai
Birliyi iyunun 13-də Siyəzən rayon 2 nömrəli tam orta
məktəbdə "Region gənclərinin İnternet resurslarından
səmərəli istifadəsi barədə maarifləndirilməsi" layihəsi
çərçivəsində treninq keçirmişdir. Gənclərin sosial
servislər sahəsində bilik və bacarıqlarının inkişaf
etdirilməsi məqsədi daşıyan treninqdə rayonun orta
ümumtəhsil məktəblərinin gənc müəllimləri, müxtəlif
gənclər təşkilatlarının üzvləri iştirak etmişlər.
Treninq iştirakçıları İnternetin imkanlarından daha
səmərəli istifadə yolları, təhsil yönümlü İnternet
resursları haqqında geniş məlumatlar almışlar. Treninq
zamanı həmçinin gənclərə interaktiv mühitdə Facebook,
Google, Youtube və digər maraqlı sosial servislərin
imkanları barədə də zəruri bilgilər verilmişdir. Onlar
fərdi şəkildə bu sosial servislərin imkanlarından
istifadə edərək resurslar hazırlamışlar.
Treninq iştirakçılarına mövzu ilə bağlı müxtəlif
elektron və çap materialları da paylanılmışdır.
Samirə KƏRİMOVA |