İyunun
10-da Bakı Dövlət Universitetinin rektoru, akademik Abel
Məhərrəmov Çinin Minzu Universitetinin prorektoru Song
Minin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Akademik Abel Məhərrəmov nümayəndə heyətinə BDU haqqında
məlumat vermişdir. Çinin Minzu Universitetinin
prorektoru Song Min təmsil etdiyi universitet haqqında
danışmış və BDU ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd
etmişdir.
Qarşılıqlı maraq doğuran görüşün sonunda
universitetlərarası beynəlxalq əlaqələrin inkişafı
barədə Anlaşma Memorandumu imzalanmışdır.
Memorandumda tədqiqatçı, aspirant və magistrantların
mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların
aparılması, alimlərin və müəllimlərin ixtisaslarını
artırmaq məqsədilə təcrübə mübadiləsinin həyata
keçirilməsi kimi məsələlər əks olunmuşdur. Bundan başqa,
birgə seminar və konfransların təşkili, qarşılıqlı maraq
doğuran layihə və proqramlarda birgə iştirak da nəzərdə
tutulmuşdur.
Görüşdən sonra qonaqlar BDU-nun tədris və elmi-tədqiqat
laboratoriyaları ilə tanış olmuşlar.
BDU-nun Mətbuat və informasiya şöbəsi |