İyunun 11-də Azərbaycan Respublikasının təhsil naziri
Mikayıl Cabbarov YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin
başçısı Mark Herevard ilə görüş keçirmişdir.
Görüş zamanı ölkəmizdə təhsil sahəsində görülən işlər,
YUNİSEF ilə hazırda həyata keçirilən layihələr və
gələcək əməkdaşlığın genişləndirilməsi məsələləri
müzakirə edilmişdir. |