Azərbaycan
Respublikası Təhsil Nazirliyində təsdiq edilmiş Təqvim
Planına əsasən 27 may - 04 iyun 2013-cü il tarixlərində
"Təhsil" Respublika İdman Mərkəzi Balakən rayonunda
rayon Uşaq-Gənclər Şahmat Məktəbilə birlikdə 28 may -
Respublika Gününə həsr edilmiş məktəblilərin respublika
şahmat turniri keçirmişdir.
"Təhsil" Respublika İdman Mərkəzinin direktor müavini
İbrahim Məmmədovdan aldığımız məlumatda bildirilmişdir
ki, turnirin məqsədi Azərbaycanda şahmatın inkişaf
etdirilməsi ilə bağlı Dövlət Proqramının qarşıya
qoyduğu vəzifələrin həyata keçirilməsi, məktəblilərin
vətənpərvərlik ruhunda tərbiyə olunması,
respublikamızda, xüsusən bölgələrdə şahmatın inkişaf
etdirilməsidir.
Turnirdə respublikanın şəhər və rayonlarından oğlan və
qızlardan ibarət 29 komanda iştirak etmişdir. İsveçrə
sistemilə 9 turdan ibarət olan yarışda 148
məktəbli-şahmatçı 6 yaş qrupunda medallar uğrunda
mübarizə aparmışdır.
Yarışın açılış və bağlanış mərasimlərində "Təhsil"
Respublika İdman Mərkəzi, Azərbaycan Şahmat Federasiyası
və Balakən Rayon İcra Hakimiyyətinin rəhbərləri iştirak
etmişlər.
Yarışda I, II və III yerləri tutan şahmatçılar "Təhsil"
Respublika İdman Mərkəzinin müvafiq dərəcəli diplom və
medalları və Balakən Rayon İcra Hakimiyyətinin qiymətli
hədiyyələri ilə təltif edilmişlər. |