Təhsil
Nazirliyinin Respublika Bədən Tərbiyəsi Mərkəzinin
təşkilatçılığı ilə 15 nömrəli UGİM-də respublika ümumi
təhsil və ilk peşə-ixtisas təhsili müəssisələri
şagirdlərinin VII spartakiadasının voleybol növü üzrə
turniri keçirilmişdir. Turnirdə respublikanın müxtəlif
rayon və şəhərlərindən 18 komanda iştirak etmişdir.
Turnirin Baş hakimlər kollegiyasının yekun hesabatına
əsasən oğlanlar arasında I yerə Şəki Rayon Təhsil
Şöbəsinin, II yerə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin,
III yerə Salyan Rayon Təhsil Şöbəsinin komandaları layiq
görülmüşlər.
Yarışlarda qızlar arasında I, II yerləri Bakı, III yeri
isə Qax Rayon Təhsil Şöbəsinin komandaları tutmuşlar.
Yarışların yekununda RBTM-nin direktoru Qiyas Nəcəfov
qaliblərə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq
onları kubok, diplom və medallarla təltif etmiş,
müxtəlif xatirə hədiyyələri vermişdir. |