| 
								
						 Mayın 
						31-də Bakıdakı 239 nömrəli məktəbdə  "son zəng" mərasimi 
						keçirilmişdir. Tədbirdə məktəbin müəllim-şagird 
						kollektivi ilə yanaşı, Bakı Şəhəri üzrə Təhsil 
						İdarəsinin nümayəndəsi Rəhman Baxşəliyev, Səbail Rayon 
						İcra Hakimiyyətinin nümayəndəsi Xətai Məmmədov, 
						valideynlər və qonaqlar iştirak etmişlər. 
						
						Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Sədaqət 
						Əzimova məzunları təbrik edərək onlara gələcək 
						həyatlarında uğurlar arzulamışdır. Qeyd etmişdir ki, 
						məktəb məzunlarını Azərbaycan cəmiyyətinə yola salır. Bu 
						il məktəbi 3 sinif üzrə 72 məzunun bitirdiyini söyləyən 
						S.Əzimova gənclərə qarşıdan gələn imtahanlarda 
						müvəffəqiyyətlər arzulamışdır. Dövlət tərəfindən təhsilə 
						göstərilən qayğıdan söz açan direktor möhtərəm 
						Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə 
						aparılan islahatlardan söz açmışdır. Məktəbin 
						şagirdlərinin hər il olduğu kimi bu il də bir çox 
						olimpiada və müsabiqələrdəki uğurlu çıxışları diqqətə 
						çatdırılmışdır. 
						
						Tədbirdə çıxış edən BŞTİ-nin nümayəndəsi Rəhman 
						Baxşəliyev bildirmişdir ki, vaxtilə 1-ci sinfə yenicə 
						qədəm qoyan və həsədlə onbirincilərə baxan uşaqlar bu 
						gün məzundurlar. Bu əziz gündə müstəqil həyata  vəsiqə 
						alan gəncləri məktəbi bitirmələri münasibətilə təbrik 
						edən R.Baxşəliyev onlara gələcək həyatlarında uğurlar 
						diləmişdir.  
						
						Şagirdlərin hazırladıqları bədii hissədən sonra "son 
						zəng" səslənmişdir.   
						
						Niyazi RƏHİMOV  |