Mayın 25-də Rusiyanın Həştərxan şəhərindəki Heydər
Əliyev adına məktəbdə "Son zəng" bayramı olmuşdur.
AzərTAc xəbər verir ki, təntənəli mərasimdə Həştərxan
vilayətinin beynəlxalq əməkdaşlıq naziri Denis
Afanasyev, Ümumrusiya Azərbaycanlılar Konqresinin
Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov,
ictimaiyyətin nümayəndələri, valideynlər, veteran
pedaqoqlar və məktəblilər iştirak edirdi.
Məktəbin direktoru Tatyana Tixomirova, Denis Afanasyev
və Ədalət Hüseynov mərasim iştirakçılarını təbrik
etmişlər.
Ədalət Hüseynov məktəbin ən yaxşı şagirdlərinə Heydər
Əliyev Fondu adından hədiyyələr təqdim etmişdir. |