Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Şagirdlərə fəxri fərmanlar təqdim edilmişdir

 

Gəncə şəhər 37 nömrəli tam orta məktəbdə ənənəvi olaraq "Son zəng" keçirilmişdir.  Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlamışdır. Məktəbin direktoru Mehdi Əliyev çıxış edərək müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulamışdır. O, tədbirin hazırlanmasında fəaliyyətlərinə görə məktəbin müəllimi Gülnarə Əliyevaya, məzunların sinif rəhbərləri adından Akif Namazov və ibtidai sinif müəllimi Ləzifə İsmayılovaya xüsusi minnətdarlıq etmişdir. Tədbir boyu şagirdlər məktəbə, müəllimə, vətənə aid şeirlər söyləmişlər. Birinci sinif şagirdləri isə məzunları maraqlı rəqslərlə, xoş ovqat yaradan səhnəciklərlə təbrik etmişlər. Məktəb həyatı ilə vidalaşan 11-cilər bu illər ərzində bir yerdə olduqları sinif yoldaşlarından, müəllimlərindən ayrıldıqları üçün kədərləndiklərini bildirmişlər. Çıxış edən valideynlər də məzunları təbrik etmiş, qədəm qoyduqları yeni həyatda onlara nailiyyətlər arzulamışlar.

Sonra tədris ili ərzində müxtəlif yarışlarda qalib gələn şagirdlərə fəxri fərmanlar təqdim edilmişdir. Eyni zamanda 1-ci sinfi yüksək göstəricilərlə başa vuran şagirdlər də mükafatlandırılmışlar. Məzunlarla birincilərin bir-birlərini təbrik etmələri və "son zəng"in çalınması ilə tədbir başa çatmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov