Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Heydər Əliyev adına liseydə sevinc dolu anlar

 

Böyütmək üçün şəkili seçinMayın 31-də paytaxtın Xətai rayonunda yerləşən Heydər Əliyev adına liseydə "Son zəng" mərasimi keçirilmişdir. Tədbirdə liseyin müəllim-şagird kollektivi ilə  yanaşı, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ziyalılar,  valideynlər və digər qonaqlar iştirak etmişlər.

Öncə iştirakçılar liseyin qarşısında ucaldılmış ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoymuşlar. Sonra Azərbaycan Respublikasının Dövlət himninin sədaları altında üçrəngli Dövlət bayrağımız səhnəyə gətirilmişdir.

Tədbiri giriş sözü ilə açan liseyin direktoru, əməkdar müəllim Fikrət Xəlilov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulamışdır.  Bildirmişdir ki, bu gün ölkəmizin hər yerində olduğu kimi, adı Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan bu möhtəşəm təhsil ocağında da bayram əhvali-ruhiyyəsi vardır. F.Xəlilov qeyd etmişdir ki, lisey 110  məzununu Azərbaycan cəmiyyətinə yola salır. Liseyin məzunlarının qəbul imtahanlarında hər il yüksək nəticələr göstərdiyini nəzərə çatdıran F.Xəlilov həmin göstəricinin bu il daha da yüksək  olacağına ümid bəslədiyini bildirmişdir. Qeyd etmişdir ki, hər il olduğu kimi,  2012-2013-cü tədris ilində də liseyin şagirdləri fənn olimpiadalarının şəhər və respublika turunda uğurlu nəticələr əldə edərək yüksək yerlər tutmuşlar. Dünya azərbaycanlıları tərəfindən böyük sevinclə qeyd olunan ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə keçirilən "Gül bayramı"nda liseyin kollektivi də fəal iştirak etmişdir. Nümayiş etdirilən eksponatlara baxış zamanı liseyin şagirdi İsmayıl Əvəzovun yağlı boya ilə çəkdiyi "Qızılgül" rəsm işi  III yerə layiq görülmüşdür. Bundan başqa, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Heydər Əliyev Fondunun birgə keçirdiyi "Heydər Əliyev məktəblilərin gözü ilə" adlı inşa yazı müsabiqəsinin respublika turunda liseyin IX  sinif şagirdi  Fidan Rəhimli III yeri tutmuş və müsabiqənin qalibi olaraq noutbukla mükafatlandırılmışdır. Bundan başqa, liseyin şagirdlərinin bir çox müsabiqə və yarışlarda uğurla çıxış etdiyini bildirən F.Xəlilov liseyin hər bir məzununa təhsil aldıqları liseyin adını şərəflə daşımağı və gələcəkdə ölkəmiz üçün layiqli vətəndaş - bacarıqlı mütəxəssis olmağı tövsiyə etmişdir.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov əlamətdar gün münasibətilə məzunları təbrik etmişdir. Bildirmişdir ki, respublikamızın nümunəvi məktəblərindən olan liseyin uğurları hamı kimi məni də sevindirir. Dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açan R.Məmmədov möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə etmişdir. Bu günün təkrarolunmaz bir gün olduğunu nəzərə çatdıran icra başçısı məzunlara vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə etmişdir.

Mərasimdə məktəbin müəllimləri, şagirdlər çıxış edərək xoş arzularını bildirmişlər.

Sonra birincilər onbirinciləri şeir, mahnı və rəqslərlə təbrik etmişlər. Onbirincilər məktəbin rəmzi açarını onunculara təqdim etdikdən sonra "son zəng" çalınmışdır.  

Niyazi RƏHİMOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov