Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Müsabiqə qaliblərinin yekun konserti

 

Mayın 31-də Azərbaycan Dillər Universitetində 28 may - Respublika Gününə həsr olunmuş ifa üzrə respublika müsabiqəsi qaliblərinin yekun konserti və mükafatlandırılması mərasimi keçirilmişdir.

Qeyd edək ki, müsabiqənin  keçirilməsində əsas məqsəd Təhsil Nazirliyinin 25 fevral 2013-cü il tarixli əmri ilə ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa   mədəniyyətini yüksəltmək, musiqi alətlərində Azərbaycan bəstəkarlarının əsərlərinin, xalq mahnılarının səsləndirilməsi istiqamətində aparılan işlərin səmərəliliyini artırmaq, rəqsə, vətənpərvərlik mövzusunda yazılan şeir və bəstəkar mahnılarına maraq oyatmaq, xüsusi istedada malik uşaq və gənclərin üzə çıxarılmasından ibarətdir. Müsabiqə mahnı, xalq çalğı alətlərində ifa, rəqs və şeir olmaqla 4 nominasiya üzrə keçirilmişdir. 4 mərhələdə təşkil edilən müsabiqədə yüzlərlə iştirakçı arasından ən yaxşıları qalib olaraq müəyyənləşdirilmişdir.

Tədbiri açan aparıcılar Azərbaycan mədəniyyətinin və musiqisinin dünyada tanınmasına, təbliğinə və inkişafına daim dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs etmişlər.

Sonra çıxış üçün söz  Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin əməkdaşı Maral Salmanovaya verilmişdir. Tədbir iştirakçılarını salamlayan M.Salmanova hamını 28 may - Respublika Günü münasibətilə təbrik etmişdir. Tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında ifa üzrə respublika müsabiqəsi artıq ikinci dəfədir ki, keçirilir və hər dəfə yeni-yeni istedadlar kəşf edilir.

Münsiflər heyətinin - ölkəmizin görkəmli mədəniyyət və incəsənət xadimlərinin, tanınmış sənətçilərin bu işdə çox böyük əmək sərf  etdiklərini, hər bir iştirakçını səbrlə dinləyərək onların arasından ən yaxşılarını seçdiklərini vurğulayan natiq buna görə onlara təşəkkürünü bildirmişdir.

M.Salmanova qeyd etmişdir ki, müxtəlif bölgələrdən müsabiqəyə qatılaraq respublika mərhələsində iştirak etmək hüququ qazananlar yer tutmasalar da qalib sayılırlar. Çünki onlar öz istedad və qabiliyyətləri ilə yüzlərlə uşaq və gəncin arasından seçiliblər. O, çıxışının sonunda belə bir əhəmiyyətli tədbirin keçirilməsinə dəstək göstərən hər kəsə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, T.İsmayılov adına Bakı Şəhər Uşaq - Gənclər Yaradıcılıq Sarayının rəhbərliyinə, eləcə də ayrı-ayrı rayonların uşaq-gənclər yaradıcılıq mərkəzlərinin nümayəndələrinə minnətdarlığını bildirmişdir.

Tədbirdə çıxış edənlər müsabiqə qaliblərinə təhsildə nailiyyətlər və yeni-yeni yaradıcılıq uğurları arzulamışlar. Sonra qaliblərin ifasında maraqlı konsert proqramı təqdim olunmuşdur.

Sonda mükafatlandırılma mərasimi keçirilmişdir. Müsabiqənin respublika mərhələsində I, II, III və həvəsləndirici yerləri tutan iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılmışlar. 

Hicran ƏKBƏROVA 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov