İyunun
4-də Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov Rusiya Dövlət
Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri, AŞPA-da
Rusiya nümayəndə heyətinin rəhbəri Aleksey Puşkov ilə
görüşmüşdür.
Qonağı salamlayan rektor Səməd Seyidov onu ADU-da
görməkdən məmnun olduğunu bildirmişdir. O, Aleksey
Puşkovun AŞPA-da Rusiya nümayəndə heyətinin rəhbəri
olduğunu xatırladaraq beynəlxalq səviyyədə Rusiyanın hər
zaman Azərbaycana dəstək olduğunu vurğulamış, Azərbaycan
və Rusiyanın beynəlxalq təşkilatlardakı əməkdaşlığından
söz açmışdır. Universitetin fəaliyyətinə toxunan Səməd
Seyidov bu ali təhsil ocağında 15-ə yaxın ölkənin
dillərinin tədris olunduğunu bildirmişdir.
Sonra Səməd Seyidov Azərbaycan və Rusiya arasında
əməkdaşlığın möhkəmləndirilməsində xidmətinə görə
Aleksey Puşkovu Elmi Şuranın qərarına əsasən ADU-nun
Fəxri doktor diplomu ilə təltif etmiş və mantiyanı
qonağa təqdim etmişdir.
Aleksey Puşkov Azərbaycana səfəri çərçivəsində ADU-da
olmaqdan məmnunluq hissi keçirdiyini bildirmişdir.
Səmimi qəbula görə minnətdarlığını bildirən Aleksey
Puşkov Azərbaycan və Rusiya əlaqələrinin günü-gündən
genişləndiyini və möhkəmləndiyini xüsusi qeyd edərək
AŞPA-dakı beynəlxalq əməkdaşlığın əhəmiyyətindən söz
açmışdır. Qonaq universitetdə müxtəlif ölkələrin
dillərinin tədrisini yüksək qiymətləndirmişdir.
Qeyd edək ki, görüşdə Azərbaycanda Rusiya icmasının
sədri, Milli Məclisin deputatı Mixail Zabelin də iştirak
etmişdir.
ADU-nun Mətbuat xidməti |