Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

7 İyun 2013 - №21

 

Təhsil naziri səfirlər və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri ilə görüşmüşdür

 

İyunun 4-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa Respublikası və Macarıstan Respublikasının ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak etmişlər.

Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılmış, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilmişdir.

***

İyunun 5-də Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının və Britaniya Şurasının ölkəmizdəki nümayəndəliklərinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə BMT tərəfindən ölkə üzrə əlaqələndirici Antonius Bruk, Britaniya Şurası tərəfindən isə ölkə üzrə direktor Elizabet Uayt iştirak etmişlər.

Görüşlər zamanı Azərbaycanda təhsil sahəsində davamlı inkişafın dəstəklənməsi, təhsilin keyfiyyətinin artırılması, birgə layihələrin həyata keçirilməsi, cari və gələcək əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov