Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Məktəbdə bayram tədbiri

 

Bakıdakı 103 nömrəli tam tam orta məktəbdə tarix müəllimi Sevinc Şirinovanın təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət himni  səsləndirilmişdir. Tədbiri giriş sözü ilə  açan məktəbin direktoru Yusif Alməmmədov bildirmişdir ki,  bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi metodbirləşməsinin Binəqədi-Nəsimi bölməsinin  metodisti  Allahverən Qədirov,  müəllimlər çıxış edərək 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində cümhuriyyətin qurucularından olan Əlimərdan bəy Topçubaşovun, Məmmədəmin Rəsulzadənin, Fətəlixan Xoyskinin və başqalarının böyük xidmətlərindən və gördükləri işlərdən danışmışlar. Tədbirdə  o dövrü əks etdirən  videoçarx nümayiş etdirilmişdir.

Sonra  şagirdlər vətənə, müstəqil Azərbaycana və unudulmaz tarixi şəxsiyyətlərə aid şeir söyləmiş, mahnı oxumuş və ədəbi-bədii kompozisiya göstərmişlər.

Tədbir diskussiya şəklində başa çatmışdır. 

Ş.DAYANDUROĞLU

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov