Bu
günlərdə Salyan rayonu Boranıkənd kəndində yeni məktəb
binasının açılışı olmuşdur. Tədbirdə rayonun təhsil
ictimaiyyəti ilə birgə kənd sakinləri, ziyalılar və
digər şəxslər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Salyan RTŞ-ın müdiri Ədalət
Bədəlov ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə və
təhsil işçilərinə göstərdiyi diqqət və qayğısından
danışmışdır. Təhsil ocağının müasir tələblərə cavab
verən geniş, işıqlı sinif otaqları, laboratoriyalar və
bütün lazımi avadanlıqlarla təchiz olunduğu nəzərə
çatdırılmışdır.
Tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin
başçısı Tahir Kərimov ulu öndər Heydər Əliyevin siyasi
kursunun layiqli davamçısı Prezident İlham Əliyev
cənablarının apardığı xarici siyasət sahəsindəki
uğurlarından, ölkədə aparılan genişmiqyaslı tikinti
işlərindən danışmışdır. Bildirilmişdir ki, təhsilə və
təhsil işçilərinə dövlət qayğısını möhtərəm Prezident
daim diqqət mərkəzində saxlayır.
Sonra icra başçısı qırmızı lenti kəsərək məktəb
kollektivinə uğurlar arzulamış, işində fərqlənən
müəllimləri fəxri fərmanla təltif etmişdir.
Açılış mərasimində çıxış edən şəhid anası A.Kərimova,
veteran müəllim F.Qəhrəmanov, məktəbin müəllimi
A.Babayev və başqaları yaradılan şəraitə görə ölkə
Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını
bildirmişlər.
Niyazi RƏHİMOV |