Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Vətənpərvərlik ruhunda tədbir

 

Bakı  şəhəri 257 nömrəli tam orta məktəbdə   Azərbaycan Xalq Cümhuriyyətinin  yaranmasının 95 illiyi münasibətilə  VIII  "a"  sinif şagirdlərinin  iştirakı ilə  tədbir keçirilmişdir.

Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasının sədaları altında üçrəngli Dövlət bayrağı səhnəyə gətirilmişdir. Dövlət himni səsləndirilmişdir. Bayram tədbiri ulu öndər Heydər Əliyevin təhsillə, vətənimizin müstəqilliyi, gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı söylədiyi müdrik kəlamların səsləndirilməsi ilə başlamışdır.

Tədbirin aparıcıları olan şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, müstəqilliyimizin əldə olunduğu tarixi şərait, AXC-nin fəaliyyəti, onun qəbul etdiyi dövlət bayrağı, himni haqqında geniş məlumat vermişlər.

Məktəbin direktoru Qarat Qaratov iştirakçıları bu tarixi gün münasibəti ilə təbrik etmişdir.  O, iştirakçılara Respublika Gününün  yaranması  və mühüm  tarixi əhəmiyyətindən danışmışdır. Müstəqil  Azərbaycan dövlətinin  yaranması  və inkişafında misilsiz xidməti olan ümummilli  lider Heydər Əliyevin dövlətçilik ənənələrindən söz  açan direktor  bu siyasi kursun  cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini  qeyd etmişdir.

Tədbirin aparıcıları bildirmişlər ki,  ulu öndər Heydər Əliyev  respublikamızda yenidən hakimiyyətə qayıtdıqdan sonra xalqımızın rifah halının yüksəldilməsi, ölkəmizin gücləndirilməsi,  iqtisadiyyatımızın,  elmimizin,  mədəniyyətimizin  inkişaf  etdirilməsi  və  milli  maraqlarımızın   qorunması  üçün  bütün  varlığı  ilə  çalışmışdır.

Şagirdlər məktəbdə  onlara vətənpərvərlik ruhunun çox möhkəm şəkildə aşılandığını  bir daha  öz çıxışları ilə sübut etmişlər. Onlar vətənimizin gözəlliklərinə, dilimizə,  qəhrəmanlarımıza, ümummilli lider və cənab Prezidentimizə həsr olunmuş şeirlər söyləmiş  və mahnılar ifa etmişlər. Ulu öndərimizin və dövlət başçımızın fəaliyyəti ilə bağlı slaydlar nümayiş olunmuşdur.

Tədbirdə  fəal iştirakları ilə fərqlənən şagirdlərdən  Fidan Həşimli,  Fərid Abdullayev, Nərmin Ağasıyeva, Elnar Alməmmədov, Səmayə Aşurova, Valeh Oruclu,  Vasif Əliyev, Fəridə Əliyeva və Şəhla Qurbanova  məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılmışdır.

Tədbirin sonunda məktəb rəhbərliyi,  Xətai RİH-in nümayəndələri və qonaqlar yüksək səviyyəli bu işin təşkilinə görə  məktəbin  təlim-tərbiyə işləri üzrə direktor müavini Şəhla  Xəlilovaya öz təşəkkürlərini bildirmişlər.                 

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov