Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

31 May 2013 - №20

 

Bu gün məktəblərdə son zəng çalınacaq

 

2012-2013-cü tədris ili başa çatır. Bu gün - mayın 31-də  ölkəmizin ümumtəhsil məktəblərinin builki məzunları üçün onların həyatında ən əlamətdar hadisə kimi qalacaq son zəng çalınacaq. Bütün təhsil ocaqlarında ənənəvi, məzunlara kövrək anlar yaşadan "Son zəng" tədbirləri keçiriləcək. Doğma, əziz müəllimləri müstəqil həyata qədəm qoyan gənclərə son məsləhət və tövsiyələrini verəcək, gələcək təhsillərində və həyatlarında onlara uğurlar arzulayacaqlar. 

Məlumat üçün bildirək ki, 2012-2013-cü tədris ilində respublikanın ümumtəhsil məktəbləri üzrə 216734 şagird, o cümlədən IX sinif üzrə 125250, XI sinif üzrə isə 91484 nəfər məzun olacaq. Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 92178 şagird bitirmişdir.

Paytaxtın ümumtəhsil müəssisələrində bu il XI sinif üzrə 20721, XII siniflərlə birlikdə isə 21428 şagird məzunlar sırasına qoşulacaq.

"Son zəng" həm də digər təhsil pillələri üzrə müəssisələrdə də tədris ilinin başa çatdığını xəbər verir. Bu il ilk peşə-ixtisas təhsili müəssisələrini 16635 məzun bitirir. Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən tələbələrin gözlənilən buraxılışı 26137 nəfər, nazirliyin tabeliyindəki orta ixtisas təhsili müəssisələrindən isə 10399 nəfər təşkil edir.

Ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin məzunlarını qarşıda son sınaq - buraxılış imtahanları gözləyir. Onlara bu sınaqdan uğurla çıxmalarını diləyirik. Bütün məzunları təbrik edir, onlara cansağlığı və müstəqil həyatlarında müvəffəqiyyətlər arzulayırıq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov